Xəzər Xəbər

Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alındı

Gündəm | 13:37 • 25 May 2020
Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alındı

Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

XəzərXəbər Trend-ə istinadən bildirir ki, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

Xəbər lenti