Xəzər Xəbər

Nazir müavini: İndi məsuliyyət hər birimizin üzərindədir

Gündəm | 13:32 • 24 May 2020
Nazir müavini: İndi məsuliyyət hər birimizin üzərindədir

Ramazan bayramı günlərində karantin rejiminin kifayət qədər yumşaldılması, məhz bu müddətdə hər bir vətəndaşın üzərinə düşən sosial məsuliyyəti dərk etmək və sanitar-gigiyenik qaydalara riayət etməyi olduqca vacibdir.


AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.


Rahim Əliyev COVID-19 pandemiyası dövründə Azərbaycanın səhiyyə sahəsinin uğurlarından danışıb, bunun beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyi vurğulayıb. Söhbət zamanı nazir müavini dövlətimiz tərəfindən həyata keçirilən kompleks qabaqlayıcı tədbirlər haqqında da söhbət açıb. Bildirib ki, koronavirus elan olunan gündən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu məsələ ilə bağlı qərarları və göstərişləri nəticəsində bu problemin həlli üçün bütün dövlət qurumları səfərbər edildi. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 epidemiyasının pandemiya elan edəndə ölkəmiz artıq epidemiya dalğasının geniş miqyasda yayılmasının qarşısını alırdı.


"İndi məsuliyyət hər birimizin üzərindədir. Hamını nümunəvi intizam və birlik göstərməyə çağırıram”, - deyə nazir müavini vurğulayıb.

Xəbər lenti