Xəzər Xəbər

BŞBPİ: “İcazə olmadan hərəkət edən şəxslər, avtomobillərin sürücü və sərnişinləri yoxlanılır” - FOTO

Gündəm | 11:10 • 7 Aprel 2020
BŞBPİ: “İcazə olmadan hərəkət edən şəxslər,

Azərbaycanda tətbiq olunmuş xüsusi karantin rejimi əhalinin sağlamlığının qorunması və ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib ki, koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən COVID-19infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Paytaxtda müvafiq icazə olmadan hərəkət edən şəxslər, eləcə də nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri yoxlanılır. Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlərin görülməsidavam etdirilir.

İnsanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib.

İnsanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verilir.

Xəbər lenti