Xəzər Xəbər

Naxçıvanda “ASAN xidmət” mərkəzinin tikintisinə başlanıldı

Gündəm | 09:52 • 7 Aprel 2020
Naxçıvanda “ASAN xidmət” mərkəzinin tikintisinə başlanıldı

Naxçıvan Muxtar Respublikasında "ASAN xidmət” mərkəzinin tikintisinə başlanılıb.

2 hektara yaxın ərazidə tikiləcək xidmətdə hal-hazırda qazıntı işləri görülür.

Qeyd edək ki, "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə ölkə başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8.8 milyon manat vəsait ayrılıb. Bu da işlərin sürətlə və keyfiyyətlə yerinə yetirilməsinə imkan verəcək.

Naxçıvan şəhərində inşa edilən Gənclər Yaşayış Kompleksində də tikinti işləri davam etdirilir. Hazırda kompleksdə dəmir-beton və hörgü-suvaq işləri görülür.

İnşa edilən Gənclər Yaşayış Kompleksindəki binalardan ikisi 7, dördü isə 5 mərtəbəlidir.

Həmçinin tikinti işləri Naxçıvan şəhərinin Babək məhəlləsindəki 15 nömrəli çoxmərtəbəli yaşayış binasını da əhatə edir.

Xəbər lenti