Xəzər Xəbər

Kimlər aptekə, mağazaya və ya banka istənilən vaxt getməkdə sərbəstdir? - RƏSMİ

Gündəm | 15:35 • 4 Aprel 2020
Kimlər aptekə, mağazaya və ya

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov xüsusi karantin rejimi dövründə tətbiq edilən qaydalarla bağlı ən çox verilən suallara aydınlıq gətirib.

Xəzər Xəbər həmin sualları cavabları ilə birlikdə təqdim edir:

Sual: İndiyə qədər tənha vətəndaşlara xidmət etmiş şəxslər öz xidmətlərini davam etdirə bilərlərmi?

Cavab:Bəli, belə xidmətçilər fəaliyyətlərini davam etdirə bilərlər. Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 №li Qərarında buna icazə verilir:

"4. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:

4.2.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti”.
Sadəcə belə xidmətçilər icaze.e-gov.az portalına daxil olub qeydiyyatdan keçməlidir.

Sual: Nazirlər Kabinetinin 124 nömrəli Qərarındakı 1 nömrəli Əlavəyə daxil olan qurumların fəaliyyətinə icazə verilən əməkdaşları mağaza, bank və aptekə SMS icazə ilə getməlidir?

Cavab:1nömrəli Əlavəyə daxil olan qurumların fəaliyyətinə icazə verilmiş işçiləri mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər.

Sual: Küçəyə çıxmağa icazəsi olan vətəndaşın avtomobil üçün də əlavə icazə almasına ehtiyac var?

Cavab:Xeyr, yoxdur! İşləmək üçün icazəsi olan vətəndaş öz avtomobilindən istifadə etməkdə sərbəstdir.

Xəbər lenti