Xəzər Xəbər

Azərbaycan BMT-nin COVID-19-la mübarizə qətnaməsinin tərəfdarlarından biri oldu

Gündəm | 13:54 • 3 Aprel 2020
Azərbaycan BMT-nin COVID-19-la mübarizə qətnaməsinin tərəfdarlarından biri oldu

BMT Baş Assambleyasının bütün ölkələri COVID-19-a qarşı mübarizədə birləşməyə çağıran qətnaməsini Azərbaycan da qəbul edib.

"RİA Novosti” bu barədə BMT-nin məlumatına istinadən xəbər verib.

Bildirilir ki, qətnaməni qəbul edən ölkələrarasında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və s. dövlətlər də var.

BMT Baş Assambleyası ölkələri elmi təcrübə və qabaqcıl müalicə metodları ilə bağlı məlumat mübadiləsinə çağırıb.

Qurumun məlumatındakoronavirusdan yaxınlarını itirənlərə başsağlığı verilib, xəstəliyə qarşı mübarizə aparan həkimlərə, elm adamlarına və digər işçilərə minnətdarlıqvə dəstək bildirilib.

Xəbər lenti