Xəzər Xəbər

Nazirdən məhkəmə sədrlərinin və hakimlərinin işinin yoxlanılması ilə bağlı QƏRAR

Gündəm | 12:21 • 3 Aprel 2020
Nazirdən məhkəmə sədrlərinin və

"Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiqlənib.

Bununla bağlı Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.

Sözügedən sənəd hakimlərin, o cümlədən məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin fəaliyyətinin təşkili ilə bağlı işinin qiymətləndirilməsi qaydalarını və metodologiyasını müəyyənləşdirir.

Qaydalarda yazılıb ki, Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin, sədrlərinfəaliyyətibeş ildə bir dəfədən az olmayaraqqiymətləndirilir.

Məhkəmə-Hüquq Şurasının bu fəaliyyətinin qiymətləndirilməsi üçün müəyyən olunmuşüzvü həminhakimin fəaliyyətinin qiymətləndirilməsinə dair daxil olmuş rəyləri, məlumatları öyrənir və onun barəsində yekun rəy hazırlayır.

Qiymətləndirmə materiallarıMəhkəmə-Hüquq Şurasının iclasında baxılmasına ən geci üç gün qalmışŞura üzvlərinə təqdim edilir.

Hakimin fəaliyyətinin qiymətləndirilməsi üzrə Məhkəmə-Hüquq Şurasının qərarından"Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun 18-ci maddəsinə müvafiq olaraq, şikayət verilə bilər.

Xəbər lenti