Xəzər Xəbər

Avropa İttifaqı Qarabağ separatçılarını pislədi

Gündəm | 13:54 • 31 Mart 2020
Avropa İttifaqı Qarabağ separatçılarını pislədi

Avropa İttifaqı Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimdə keçirilən qondarma "prezident və parlament seçkiləri”ni pisləyib.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildirilib.

"Avropa İttifaqı təkrar bildirir ki, bu, konstitusiyaya və hüquqi çərçivəyə ziddir. Bu tədbir Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə və ya cari​ danışıqlar prosesinin nəticələrinə heç bir xələl gətirə bilməz”, - deyə bəyanatda qeyd olunub.

Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin göstərdikləri cəhdləri qəti şəkildə dəstəklədiyini bəyan edib:

"Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin erkən və sülh yolu ilə həllinə yönəlmiş cəhdləri dəstəkləməkdə davam etməyə hazırdır”.

Xəbər lenti