Xəzər Xəbər

Mehriban Əliyeva soyqırımı qurbanlarını andı FOTO

Gündəm | 09:25 • 31 Mart 2020
Mehriban Əliyeva soyqırımı qurbanlarını andı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "İnstagram” səhifəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fikirlərini paylaşıb.

"Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”, - Mehriban Əliyeva səhifəsində qeyd edib.


Xəbər lenti