Xəzər Xəbər

Parlament bu gün həqiqi hərbi xidmətə çağırış vaxtının uzadılmasını səsə qoyacaq

Gündəm | 10:45 • 30 Mart 2020
Parlament bu gün həqiqi hərbi xidmətə çağırış vaxtının uzadılmasını

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Parlamentin iclasının gündəliyinə 16 məsələ daxildir.

Deputatlar "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsini də müzakirə edəcəklər.

Qeyd edək ki, həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması koronavirus infeksiyası ilə əlaqədardır.

Layihədə bu müddətin mayın 31-dək uzadılması təklif edilir.

Xəbər lenti