Xəzər Xəbər

Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün xəzinə hesabı açıldı

Gündəm | 18:40 • 20 Mart 2020
Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün xəzinə hesabı açıldı

Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli 1948 nömrəli sərəncamına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilib.

Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

Məlumata görə, Maliyyə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Nazirliyin Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsində 2028503 nömrəli xəzinə hesab kitabı açılıb.

Açılmış xəzinə hesab kitabının rekvizitləri aşağıdakı kimidir:

Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWIFT BİK: CTREAZ22

Vəsaiti alan

Adı: Koronavirusla Mübarizəyə Dəstək Fondu

Hesab №: AZ80CTRE00000000000002028503

VÖEN: 1700357381

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifatının kodu: 142330

Xəbər lenti