Xəzər Xəbər

YAP koronavirusla bağlı aksiyaya start verdi

Gündəm | 17:48 • 20 Mart 2020
YAP koronavirusla bağlı aksiyaya start verdi

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyaya start verilib.

YAP-dan bildirilib ki, aksiyaya partiyanın rayon və şəhər təşkilatları, fəal üzvləri qoşulublar.

Məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.

Xəbər lenti