Xəzər Xəbər

Azərbaycanla sərhəddə əlavə karantin zonası yaradılır

Gündəm | 14:20 • 20 Mart 2020
Azərbaycanla sərhəddə əlavə karantin zonası yaradılır

Gürcüstan hökuməti ölkənin quru sərhəd-keçid məntəqələri yaxınlığında əlavə karantin zonaları yaradır.

XəzərXəbər xəbər verir ki, bunu Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani deyib:

Karantin zonaları "Qırmızı körpü”, "Sarp” və "Lars” sərhəd-keçid məntəqələrinə yaxın ərazilərdə qurulacaq. Belə tədbirlərin görülməsi koronavirus pandemiyası ilə bağlı vəziyyətə daha yaxşı nəzarət etmək imkanı yaradacaq” – mətbuat katibi bildirib.

Xəbər lenti