Xəzər Xəbər

Mehriban Əliyevanın koronavirusla bağlı müraciəti Türkiyədə manşet oldu

Gündəm | 17:01 • 18 Mart 2020
Mehriban Əliyevanın koronavirusla bağlı müraciəti Türkiyədə manşet oldu

Azərbaycanın Birinci-vitse-prezidenti Mehriban Əliyevanın koronavirusla bağlı əhaliyə müraciəti Türkiyə mediasında geniş yer alıb.

XəzərXəbər xəbər verir ki,Mehriban Əliyevanın müraciətində dünyanın qlobal çətinliklə qarşı-qarşıya qalması fikrinə diqqət çəkilib.

Ən çox gətirilən sitatlardan biri Birinci-vitse-prezidentin epidemiyanın qarşısının alınması üçün dünyada daha əvvəl analoqu görülməmiş tədbirlərin həyata keçirilməsini vurğulamasına dair sözləri olub: "İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacayıq. Bir-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır”.


Xəbər lenti