Xəzər Xəbər

ÜST koronavirusla mübarizədə göstərdiyi səylərə görə Azərbaycan hökumətinə minnətdarlıq etdi

Gündəm | 16:11 • 18 Mart 2020
ÜST koronavirusla mübarizədə göstərdiyi səylərə görə

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir.

Bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, ÜST-ün mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVİD-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir.

ÜST-ün Azərbaycandakı Ölkə Ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökümətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası kimi önəmli sahələrdə əməkdaşlıq edir.

Xəbər lenti

Çox oxunanlar