Xəzər Xəbər

Bu gün Çanaqqala dəniz döyüşləri zəfərinin 105-ci ildönümüdür

Gündəm | 13:14 • 18 Mart 2020
Bu gün Çanaqqala dəniz döyüşləri zəfərinin 105-ci ildönümüdür

Bu gün Çanaqqala dəniz döyüşləri zəfərinin 105-ci ildönümüdür.

Xezerxeber.az xəbər verir ki, "Çanaqqala dəniz zəfəri və 18 Mart-Şəhidlər Anma Günü” ilə əlaqədar Türkiyənin Çanaqqala şəhərində qəhrəman türk övladlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub. Şəhidlərin xatirəsi ehtiramla yad edilib, abidənin önünə əklil qoyulub.

Çanaqqala 1915-1916-cı illərdə, Birinci Dünya müharibəsi zamanı Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşüdür. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq məqsədilə boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək müharibənin taleyini tam şəkildə həll etməkdə qərarlı idilər. Lakin bu hücumlar uğursuz oldu. Hər iki tərəf də çox ağır itkilər verdi. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də böyük məğlubiyyətə uğradı. 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşlər müasir Türkiyə dövləti üçün tarixi əhəmiyyəti daşıyır. Tarixi mənbələrə görə, Osmanlı ordusu Çanaqqala döyüşlərində 250 min şəhid verib. Döyüş zamanı 3 mindən çox azərbaycanlı şəhid olub.

Qeyd edək ki, anım günü münasibətilə ölkədə nəzərdə tutulan bütün tədbirlər yeni növ koronavirus səbəbilə təxirə salınıb.

Xəbər lenti