Xəzər Xəbər

Bakıya kimlər gəlib-gedə bilər? RƏSMİ

Gündəm | 18:32 • 17 Mart 2020
Bakıya kimlər gəlib-gedə bilər?

Xəbər verdiyimiz kimi, 19 mart saat 00:00-dan Bakı və Sumqayıt şəhərlərinə və Abşeron rayonuna ölkəmizin digər şəhər və rayonlarından giriş dayandırılıb.

XəzərXəbər xəbər verir ki, bu qadağa xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərə aid deyil.

Həmçinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir. O cümlədən ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları sərbəstdir.

Xəbər lenti