Xəzər Xəbər

Qanunlar tez qəbul edilməlidir ki... Spiker koronavirusla mübarizədən DANIŞDI

Gündəm | 14:38 • 17 Mart 2020
Qanunlar tez qəbul edilməlidir ki...

Dünyada koronavirus tüğyan edir. Azərbaycan koronavirusla mübarizədə səmərəli fəaliyyət göstərir. Azərbaycanın fəaliyyəti Ümiumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qiymətləndirilir.

XəzərXəbər xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova deyib.

O, xatırladıb ki, Baş nazir tərəfindən dövlət qurumları və yerli icra qurumlarına müvafiq təlimat göndərib: "Biz fəaliyyətimizi bu təlimat məktubuna uyğun qurmalıyıq. Hesab edirəm ki, bir müddət parlamentin komitə və komissiyalarının iclası təxirə salınmalıdır. Xahiş edirəm təlimat məktubuna baxıb tanış olasınız”.

Spiker əlavə edib ki, bu epidemiya sadə məsələ deyil və sürətlə yayılır: "Bu məsələdə hər kəs, biz də məsuliyyətimizi dərk etməliyik. Hər birimiz üzərimizə düşəni etməliyik”.

Sahibə Qafarova qeyd edib ki, gündəliyə təklif olunan məsələlərin bir hisəssi koronavirsla qarşı mübarizə haqqındadır: "Bu qanunlar tez qəbul edilməlidir ki, koronavirus epidemiyasına qarşı daha səmərəli tədbirlər həyata keçirilsin”.

Xəbər lenti