Xəzər Xəbər

Dezinformasiya və yalan məlumatların qarşısı alınacaq Qanunda dəyişiklik

Gündəm | 14:02 • 17 Mart 2020
Dezinformasiya və yalan məlumatların qarşısı alınacaq

Milli Məclis "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edib.

XəzərXəbər xəbər verir ki, qanuna dəyişiklik dezinformasiya, yalan məlumatların qarşısını almaq məqsədi güdür. Qanunun 1.1 maddənin adında "ehtiyatında” sözündən sonra "və ya informasiya-telekommunikasiya şəbəkəsində” sözləri əlavə edilsin; 1.2. 13-2.3-cü maddədə "sahibi” sözündən sonra "və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi” sözləri, "ehtiyatında” sözündən sonra "(informasiya-telekommunikasiya şəbəkəsində)" sözləri əlavə edilsin; 1.3. Aşağıdakı məzmunda 13-2.3.10-1-ci maddə əlavə edilsin: "13-2.3.10-1. insanların həyat və sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar;". 2. 13-4-cü maddənin mətnində "provayderlər” sözündən sonra "həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri” sözləri əlavə edilir.

Xəbər lenti