Xəzər Xəbər

Azərbaycanın Almaniyadakı konsulluq bölməsində qəbul müvəqqəti olaraq dayandırılıb

Gündəm | 08:42 • 16 Mart 2020
Azərbaycanın Almaniyadakı konsulluq bölməsində qəbul müvəqqəti olaraq dayandırılıb

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, virusun yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanın Almaniyadakı səfirliyinin konsulluq bölməsində qəbul martın 16-dan müvəqqəti olaraq dayandırılacaq.

Xezerxeber.az xəbər verir ki, səfirlik tərəfindən yayılan elanda bildirilir ki, təcili və istisna hallarda qəbul yalnız əvvəlcədən təyin olunmuş görüş vaxtında keçirilə bilər. Belə görüş üçün +4930 219 161 58 telefon nömrəsi vasitəsi ilə müraciət etmək mümkündür. Şəxsən iştirak tələb olunmayan konsulluq əməliyyatları ilə əlaqədar isə poçt və ya email (consul_berlin@mission.mfa.gov.az) vasitəsilə müraciət etmək tövsiyə olunur. Elanda qeyd olunur ki, vətəndaşların sağlamlığı ən boyük prioritetdir.

Xəbər lenti