Xəzər Xəbər

Azərbaycanın Gürcüstandakı səfirliyi Avropadan gələn daha 30 vətəndaşın ölkəmizə qayıtmasını təmin edib

Gündəm | 22:06 • 15 Mart 2020
Azərbaycanın Gürcüstandakı səfirliyi Avropadan gələn daha 30 vətəndaşın ölkəmizə qayıtmasını təmin edib

Azərbaycanın Gürcüstandakı səfirliyi Avropa ölkələrindən Türkiyə və Gürcüstan ərazilərindən keçməklə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımıza lazımı köməkliyi davam etdirir.

Martın 15-də Avropadan gələn daha 30 nəfər Azərbaycan vətəndaşı səfirliyin təşkilatçılığı ilə Türkiyə-Gürcüstan "Sarp” sərhəd-keçid məntəqsindən xüsusi avtobuslarla "Qırmızı körpü” sərhəd keçid məntəqəsinə gətirilib.

Bildirilib ki, həmin şəxslər xüsusi müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaqlar.

Qeyd edək ki, bundan əvvəl də 30 nəfər vətəndaşımız səfirliyin dəstəyi ilə Azərbaycana qayıdıb.

Məlumat üçün bildirək ki, səfirlikdə "qaynar xətt” yaradılıb: +995- 577-06-50-50

Xəbər lenti