Xəzər Xəbər

Azərbaycanın Gürcüstandakı səfirliyi Avropadan gələn vətəndaşlarımızın təxliyəsinə kömək göstərir

Gündəm | 15:59 • 15 Mart 2020
Azərbaycanın Gürcüstandakı səfirliyi Avropadan gələn vətəndaşlarımızın təxliyəsinə kömək göstərir
Azərbaycanın Gürcüstandakı səfirliyi Avropadan Türkiyə və Gürcüstan ərazilərindən keçməklə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımıza lazımi kömək göstərir.
AZƏRTAC xəbər verir ki, Avropa ölkələrindən qayıdan Azərbaycan vətəndaşları səfirliyin təşkilatçılığı və Gürcüstan polisinin müşayiəti ilə Türkiyə-Gürcüstan sərhədindəki "Sarp” sərhəd-keçid məntəqəsindən xüsusi avtobuslarla "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə daşınırlar.
Artıq 30-dan çox vətəndaşımız "Qırmızı körpü” sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib. Proses davam edir.
Bildirilib ki, həmin şəxslər xüsusi müayinədən keçiriləcək və zərurət yarandığı halda 14-28 günlük karantin rejimində saxlanılacaqlar.

Xəbər lenti