Xəzər Xəbər

Azərbaycan vətəndaşlarının Türkiyədən qayıtması üçün çarter reyslər ayrılacaq

Gündəm | 08:49 • 15 Mart 2020
Azərbaycan vətəndaşlarının Türkiyədən qayıtması üçün çarter reyslər ayrılacaq

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı martın 15-də əlavə məlumat veriləcək.

Bu barədə xezerxeber.az-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq. Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.

Xəbər lenti