Xəzər Xəbər

Metroda koronavirusla bağlı PROFİLAKTİK TƏDBİRLƏR

Gündəm | 12:20 • 29 Fevral 2020
Metroda koronavirusla bağlı

Bakı Metropolitenində koronavirusla bağlı əks-epidemik profilaktik tədbirlər davam edir.

Bakı Metropoliteni QSC-dən XəzərXəbər-ə bildirilib ki, gecə saatlarında "Nərimanov" elektrik deposunda tədbirlər planına uyğun olaraq bütün qatarların dezinfeksiyasının birinci dövrəsi tam olaraq başa çatdırılacaq. Proses davamlı olaraq aparılacaq.

Profilaktik dezinfeksiya işi saat 15:00-da deponun yeməkxanasında da yerinə yetiriləcək.

Stansiyalarda proses bazar ertəsi davam etdiriləcək. Bununla belə, hər gün bir neçə dəfə təkrarlanmaqla stansiyaların əl təması olan bütün səthləri xüsusi, sağlamlıq üçün tam təhlükəsiz dezinfektantlarla davam edir.

Xəbər lenti