Xəzər Xəbər

SON DƏQİQƏ: Astara və Biləsuvar gömrük postunda keçid dayandırıldı

Gündəm | 15:42 • 23 Fevral 2020
SON DƏQİQƏ:

Astara Gömrük Postundan İrana, eləcə də qarşı tərəfdən Azərbaycana keçid dayandırılıb.

Cənub Ərazi Baş Gömrük İdarəsindən verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir.

Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.

Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq 1 saatdır ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

Məntəqənin nə vaxt açılacağı məlum deyil.

Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.(report)

Xəbər lenti