Xəzər Xəbər

Azərbaycanlılar bütün Avropanı SİLKƏLƏYİR - CANLI YAYIM

Gündəm | 16:40 • 22 Fevral 2020
Azərbaycanlılar bütün

Berlində Ümumavropa Qarabağ mitinqi keçirilir.

XəzərXəbər xəbər verir ki, dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində keçiriləcək Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi Bakı vaxtı ilə 16:00-dan etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin "facebook" SƏHİFƏSİNDƏcanlı yayımlanır.

Brandenburq qapıları qarşısındakı Paris meydanı adlandırılan ərazidə saysız-hesabsız Azərbaycan bayrağı dalğalanır. Mitinqçilər əllərində "Qarabağ Azərbaycanındır!”, "Terrora və işğala yox deyirik!”, "Xocalılı uşaqların cəlladlarının məhkəməsini tələb edirik!”, "Ermənistan Qarabağın işğalına son qoymalıdır!”, "İşğala dayan deyirik!”, "Qarabağ əcdadlarımızın torpağıdır!” sözləri yazılmış böyük transparantlar tutublar.

Soydaşlarımızı aşağıdakı haştaqlar altında paylaşımlar etməyə çağırırıq.

 


Xəbər lenti