Xəzər Xəbər

MSK bu dairədə 4 məntəqənin nəticələrini LƏĞV ETDİ

Gündəm | 17:50 • 21 Fevral 2020
MSK bu dairədə 4 məntəqənin nəticələrini

MSK-nın iclasında 81 saylı Beyləqan seçki dairəsi üzrə namizəd Anar Məmmədov, Hikmət Abbasov və digərlərinin şikayətinə baxılıb.

XəzərXəbər xəbər verir ki, MSK üzvü İlham Məmədov bildirib ki, şikayətçilər həmin DSK-nın 16 fevral tarixli şikayətini mübahisələndirib: "Şikayət üzrə maraqlı seçki subyektlərinin ifadələri alınıb. Şikayət qismən təmin edilməli, həmin seçki dairəsinin 1, 4, 6 və 31 saylı məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir. Qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır”.

Müzakirədən sonra 81 saylı Beyləqan seçki dairəsi üzrə 1, 4, 6 və 31 saylı seçki məntəqələrində səsvermənin etibarsız hesab edilməsinə dair qərar qəbul olunub.

Xəbər lenti