Xəzər Xəbər

MSK 3 dairə ilə bağlı QƏRAR VERDİ

Gündəm | 16:40 • 20 Fevral 2020
MSK 3 dairə ilə bağlı QƏRAR VERDİ

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb.

XəzərXəbər xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov açıq elan edib.

MSK katibi Arifə Muxtarova MSK-nın iclasında bildirib ki, 99 saylı Şəmkir kənd, 27 saylı Sabunçu ikinci və 121 saylı Laçın seçki dairələri üzrə daxil olmuş şikayətlər aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan aidiyyəti üzrə DSK-lara göndərilməlidir.

MSK həmin şikayətlərin müvafiq DSK-lara göndərilməsi ilə bağlı qərar qəbul edib.

Xəbər lenti