Xəzər Xəbər

Rövzət Qasımov: “Bəzi namizədlər DSK-ya ünvanlamalı olduğu şikayəti MSK-ya göndərir”

Gündəm | 14:19 • 15 Fevral 2020
Rövzət Qasımov: “Bəzi namizədlər DSK-ya ünvanlamalı olduğu şikayəti MSK-ya göndərir”

"Bəzi namizədlərin seçilməməsi ilə bağlı emosiyalarını ifadə etmələrini təbii qəbul edirik".


Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.


R. Qasımov bildirib ki, MSK hətta Mərkəzi Seçki Komissiyasının baxmalı olmadığı şikayətlərlə bağlı kifayət qədər iş görür: "Hüquqşünaslar və peşəkarlar yaxşı bilir ki, bir şikayətə iki komissiya tərəfindən baxıla bilməz. Namizədin şikayətinə birinci Dairə Seçki Komissiyasında baxılmalıdır. Yalnız bundan sonra DSK-nın qərarından namizəd narazı qalarsa, MSK həmin şəxsin müraciətinə baxacaq. Bunu bəzi namizədlər başa düşmür. Namizədlər DSK-ya ünvanlamalı olduğu şikayəti MSK-ya ünvanladığı üçün MSK ilkin mərhələdə bu şikayətləri DSK-lara göndərir”.

Xəbər lenti