Xəzər Xəbər

ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb

Gündəm | 16:22 • 13 Fevral 2020
ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə MSK sədr müavini Rövzət Qasımov məlumat verib. O bildirib ki, fevralın 11-də ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciəti daxil olub. Müraciət haqqında məlumat verən R. Qasımov deyib ki, ATƏT/DTİHB Seçki Müşahidə Missiyasının sədri Peter Teyler müşahidəçilərdən Aygün Attarın akkreditasiyasının ləğv olunması ilə bağlı müraciət edib.


MSK-nın iclasında Aygün Attarın akkreditasiyası ləğv olunub.

Xəbər lenti