Xəzər Xəbər

MSK 4 seçki dairəsi üzrə müraciətləri müvafiq DSK-lara göndərib

Gündəm | 17:46 • 13 Fevral 2020
 MSK 4 seçki dairəsi üzrə müraciətləri müvafiq DSK-lara göndərib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar 4 seçki dairəsi üzrə müraciətləri prosedur qaydalarına uyğun olaraq baxılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərib.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.


Qərara əsasən, 14 saylı Xəzər (lider namizəd Soltan Məmmədov), 42 saylı Sumqayıt İkinci (lider namizəd Tahir Mirkişili), 72 saylı Yardımlı-Masallı (lider namizəd Musa Qasımlı) və 95 saylı Tərtər (lider namizəd Sahib Alıyev) seçki dairələri üzrə müraciətlər prosedura uyğun olaraq müvafiq DSK-lara göndərilib.

Xəbər lenti