Xəzər Xəbər

Bakıda bu əraziyə yeni svetafor qoyuldu FOTO

Gündəm | 15:28 • 13 Fevral 2020
Bakıda bu əraziyə yeni svetafor qoyuldu

Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib. Bununla əlaqədar, kəsişmədə svetofor obyekti işə salınıb.

XəzərXəbər Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq.

Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün yeni piyada keçidləri təşkil edilib.







Xəbər lenti