Xəzər Xəbər

10 ölkənin vətəndaşları saxta sənədlərlə Azərbaycana keçmək istədi

Gündəm | 13:10 • 13 Fevral 2020
10 ölkənin vətəndaşları saxta sənədlərlə

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd müha­fizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən XəzərXəbər-ə daxil olan informasiyaya görə,DSX Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticə­sində son bir ay ərzində dövlət sərhə­dindən buraxılış məntəqəsində 38 əcnə­binin, o cümlədən,21 İran, 3 İraq, 3 Özbəkistan, 2 Hindistan, 2 Misir, 2 Pakistan, 2 Efiopiya, 1 Küveyt, Nigeriya və Nepal vətəndaşının sənədlərinin saxtalaşdırıl­ması halları müəyyən edilib.

Dövlət sərhədinin pozulmasına cəhd hallarının təhlili göstərir ki, əsasən Yaxın Şərq və Asiya ölkələrinin vətəndaşları Avropa ölkələrinə məxsus saxta pasport və vizalardan istifadə edərək Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə getməyə cəhd göstərirlər.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Xəbər lenti