Xəzər Xəbər

Azərbaycana geri qaytarılan məhsullarla bağlı AQTA sədrindən AÇIQLAMA

Gündəm | 12:09 • 13 Fevral 2020
Azərbaycana geri qaytarılan məhsullarla bağlı

Ötən il ərzində 23 min 138 ton fındıq AQTA tərəfindən müvafiq sertifikatlarla (qida təhlükəsizliyi sertifikatı, fitosanitar sertifikatı) təmin olunaraq ixrac edilib.

XəzərXəbər xəbər verir ki, Bunu Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi mətbuat konfransında qurumun sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, ölkəmizdən Avropa İttifaqına ixrac olunan fındıqdan 10 nəqliyyat vasitəsi, 2018-ci ildə isə 18 nəqliyyat vasitəsi tərkibində aflotoksinin miqdarının yüksək olması səbəbindən geri qaytarılıb:

"2018-ci ilin ilk yarısında 17, ikinci yarısında isə (agentlik fəaliyyətə başladığı dövrdə) cəmi 1 avtonəqliyyat vasitəsi geri qaytarılıb. Ötən il ərzində 28 573.2 dkl şərab məhsulu qida təhlükəsizliyi sertifikatı ilə təmin olunaraq, əsasən Aİ ölkələrinə, eləcə də Rusiya və Çinə ixrac olunub. 2019-cu il ərzində 580 min 934 ton meyvə tərəvəz, o cümlədən 61 min 89 ton kartof müvafiq sertifikatla təmin olunaraq ixrac edilib. Həmin meyvə və tərəvəz məhsullarından cəmi 8 avtonəqliyyat vasitəsi ixrac olunduğu ölkələrdən geri qaytarılıb. Bu meyvə tərəvəz məhsullarının ümumi ixracının 0,02 %-ni təşkil edir. Bunlar ciddi göstəricilərdir və Azərbaycan qida məhsullarının etibar qazanmasının bariz göstəricisidir".

Xəbər lenti