Xəzər Xəbər

Arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı təsdiq edilib

Gündəm | 17:52 • 12 Fevral 2020
 Arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı təsdiq edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.


Xezerxeber.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, Dövlət Proqramı arxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmin edilməsi, arxiv işi sahəsində normativ hüquqi bazanın və idarəetmənin təkmilləşdirilməsi, arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsi məqsədilə imzalanır.


Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etməlidir.

Xəbər lenti