Xəzər Xəbər

Kürdəmirdə məktəb tikintisi üçün 2 milyon manat ayrılıb - SƏRƏNCAM

Gündəm | 17:10 • 12 Fevral 2020
 Kürdəmirdə məktəb tikintisi üçün 2 milyon manat ayrılıb  -

Prezident İlham Əliyev fevralın 12-də "Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.


Xezerxeber.az xəbər verir ki, Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Xəbər lenti