Xəzər Xəbər

Bakıda ŞOK HADİSƏ: tələbə qız faciəvi şəkildə öldü 

Gündəm | 13:29 • 12 Fevral 2020
Bakıda ŞOK HADİSƏ: tələbə qız faciəvi şəkildə öldü 

Bakıda III kurs tələbəsi dəm qazından zəhərlənərək ölüb.

Hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında yerləşən həyət evlərinin birində qeydə alınıb.

Belə ki, Bakı Avrasiya Universitetinin III kurs tələbəsi, 2000-ci il təvəllüdlü Rəhmanova Nigar Taleh qızı yaşadığı evdə dəm qazından boğulub.

N.Bayramova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.(Report)

Xəbər lenti