Xəzər Xəbər

SON DƏQİQƏ: qalibi müəyyənləşməmiş 7 DAİRƏ ÜZRƏ QƏRAR VERİLDİ

Gündəm | 14:30 • 10 Fevral 2020
SON DƏQİQƏ: qalibi müəyyənləşməmiş

Milli Məclisə seçkilərlə əlaqədar lider namizədlər müəyyənləşməmiş 7 seçki dairəsində də lider namizədlər müəyyənləşib.

XəzərXəbər xəbər verir ki, ilkin nəticələrə əsasən, həmin 7 seçki dairəsi üzrə lider namizədlər aşağıdakılardır:

17 saylı Yasamal Üçüncü Seçki Dairəsi – Allahverdiyev Elnur (YAP) - 41 %,

35 saylı Xətai Üçüncü Seçki Dairəsi - Rauf Arifoglu (bitərəf) – 49,2 %,

42 saylı Sumqayıt İkinci Seçki Dairəsi - Tahir Mirkişili (YAP) – 50,1 %,

44 saylı Sumqayıt-Xızı Seçki dairəsi - Müşfiq Məmmədli (YAP) – 45,8 %,

77 saylı Astara Seçki Dairəsi – Rəşad Mahmudov (YAP) – 57,6 %,

123 saylı Kəlbəcər Seçki Dairəsi - Aqil Məmmədov (YAP) – 71,7 %,

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi – İmamverdi İsmayılov (YAP) – 40,3 % .

Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə bütün seçki məntəqələrindən protokollar Mərkəzi Seçki Komissiyasına daxil olub.

Bu barədə MSK-nın saytında məlumat yerləşdirilib.

Beləliklə, 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsindən daxil olmuş protokollar üzrə məlumatlar açıqlanıb və parlament seçkilərinin ilkin nəticələri, lider namizədlər məlum olub.

Xəbər lenti