Xəzər Xəbər

Bu sahələrdəki nailiyyətləri müsbət dəyərləndirirəm - Meksikalı deputat

Gündəm | 12:29 • 10 Fevral 2020
Bu sahələrdəki nailiyyətləri müsbət dəyərləndirirəm - Meksikalı deputat

Növbədənkənar parlament seçkilərini izləyən xarici nümayəndələr arasında Meksika heyəti də olub.

XəzərXəbər xəbər verir ki, Meksika parlamentinin deputatı Aqustin Qarsia Rubio ötən gün baş tutan növbədənkənar parlament seçkiləri ilə bağlı müşahidələrini bölüşüb: "Seçkilər bütövlük, dürüstlük və məsuliyyət konfedensiyaları əsasında formalaşmışdı. Bu seçki ilə Azərbaycan xalqına legitimlik verildi. Xarici ölkələrin nümayəndələrinə isə ölkələrarası münasibətlərə fayda vermək imkanı tanınmışdı. Avtoritarlığın qarşısını almaq üçün vətəndaşların səsvermədə iştirakı mütləq idi. Azərbaycan vətəndaşlarının öz övladlarını prosesə cəlb etmək və seçkinin mahiyyətini onlara başa salmaq təşəbbüsü gələcəkdə bu prosesin daha demokratik və təkmilləşdirilmiş formada keçirilməsinə şərait yaradacaq. Gün ərzində Bakıda 10 məntəqədə seçki prosesinin müşahidəsini aparmışam. İllər öncə qoyulan təməllərin bu gün də prioritet olduğunun şahidi oldum. Azərbaycanda sənaye və turizm, energetika və iqtisadi sahədə nailiyyətləri müsbət dəyərləndirirəm".

Xəbər lenti