Xəzər Xəbər

Təşkilatçılıq yüksək səviyyədə idi - Predraq Kojul

Gündəm | 12:11 • 10 Fevral 2020
Təşkilatçılıq yüksək səviyyədə idi - Predraq Kojul

Avropada keçirilən seçkilərdə biz qadınların iştirakını o qədər də müşahidə etməmişdik. Lakin Azərbaycanda seçkilərin təşkilatçılıq prosesində qadınlar daha çox iştirak edir, bu da olduqca önəmli haldır.

XəzərXəbər xəbər verir ki, bunu ötən gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərini izləyən Bosniya və Herseqovina parlamentinin üzvü Predraq Kojul deyib. O bildirib ki, seçkilər demokratik və yüksək səviyyədə təşkil edilmişdi: "Mən artıq ikinci dəfədir, Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edirəm. Xüsusilə də qeyd etməliyəm ki, texniki baxımdan təşkilatçılıq çox yüksək səviyyədə təşkil olunub. Biz 13 seçki məntəqəsində olduq və bu məntəqələrin heç birində pozuntu aşkarlanmadı. Təşkilatçılıq yüksək səviyyədə idi".

Xəbər lenti