Xəzər Xəbər

Latviyalı müşahidəçi: seçkilər yüksək demokratik standartlara uyğun keçirildi

Gündəm | 11:56 • 10 Fevral 2020
Latviyalı müşahidəçi: seçkilər yüksək demokratik standartlara uyğun keçirildi

Latviya müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərində apardıqları müşahidələrin nəticələrini açıqlayıb.

XəzərXəbər xəbər verir ki, müşahidəçilərin nümayəndəsi Armands Krauze deyib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri Avropada olduğu kimi yüksək demokratik standartlara uyğun keçirilib: "Təqdiredici haldır ki, seçki məntəqələrində çoxlu sayda yerli müşahidəçilər iştirak edib. Bu o deməkdir ki, siyasi proseslər həmçinin cəmiyyətin diqqət mərkəzindədir. Bu, vacib məqamdır. Hətta deyərdim ki, cəmiyyətin belə aktivliyi digər Avropa ölkələrində yoxdur. Təşkilatçılıq baxımından istər paytaxtda, istərsə də bölgələrdə seçki prosesi qənaətbəxş təşkil olunub".

Xəbər lenti