Xəzər Xəbər

Azərbaycanda görmə məhdudiyyətli insanların da səsverməsinə şərait yaradılıb - Yaroslav Holik

Gündəm | 11:46 • 10 Fevral 2020
Azərbaycanda görmə məhdudiyyətli insanların da səsverməsinə şərait yaradılıb - Yaroslav Holik

Həm namizədlərin siyahılarını yoxlamışıq, həm də seçki keçirilən məntəqələrdə fotolar çəkmişik. Seçkilərin keçirilmə şəraitindən çox məmnunuq.

XəzərXəbər xəbər verir ki, bunu Çexiya Deputatlar Palatasının üzvü Yaroslav Holik deyib.

O bildirib ki, seçkiləri 16 məntəqədə müşahidə edib: "Müşahidə zamanı ölkəmizdəki seçkilərlə buradakı seçkilər arasında 4 fərq müşahidə etdim. Çexiyada seçkilər keçiriləndə seçki məntəqələrində seçicinin adı və soyadı olan siyahı olur. Seçici sadəcə ad-soyadını bu siyahıda tapıb, şəxsiyyət vəsiqəsini göstərdikdən sonra ora işarə qoyur. Azərbaycanda isə seçici öz imzası ilə səs verdiyini təsdiq etməlidir. Digər tərəfdən, Azərbaycanda görmə məhdudiyyətli insanların da səsverməsinə şərait yaradılıb. Bu, məni sevindirdi. Bundan əlavə, hər seçici məntəqəyə girəndə onun barmağı boyanır ki, 2-ci dəfə səs verə bilməsin. Bu, çox düzgün addımdır”.

Y.Holik onu da qeyd edib ki, Çex Respublikasından 4 qrup müşahidəçi seçkiləri müşahidə etmək üçün gəlib. O, Azərbaycanın Qarabağ problemi ilə bağlı da danışıb: "Bu gün Azərbaycan xalqı ayrılığa düçar olan xalqdır. Məsələn, Dağlıq Qarabağ, Naxçıvan. Bu, yaxşı hal deyil”.

Xəbər lenti