Xəzər Xəbər

Uğurlu seçkilərlə bağlı sizi təbrik edirəm - Valerius Simuli

Gündəm | 11:33 • 10 Fevral 2020
Uğurlu seçkilərlə bağlı sizi təbrik edirəm - Valerius Simuli

Litvadan gələn müşahidə missiyası Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyib.

XəzərXəbər xəbər verir ki, mətbuat konfransında çıxış edən Litva parlamentinin üzvü, parlamentin Litva-Azərbaycan Dostluq Qrupunun rəhbəri və İnsan Haqları Komitəsinin sədri Valerius Simuli Azərbaycanda demokratik seçki müşahidə etdiyini bildirib: "Uğurlu seçkilərlə bağlı sizi təbrik etmək istəyirəm. Demokratik seçki ölkə üçün bir sınaqdır. Siz bu sınaqdan uğurla keçdiniz. Biz Cocuqmərcanlıda müşahidələr həyata keçirdik. Məntəqələrlə tanış olduq. Seçki prosesinə qoşulan şəxslərlə söhbətlər apardıq. Sərhədyanı zonalara səfərimiz şənbə günü oldu. Daha sonra Bakıda 3 dairənin 15 məntəqəsini gəzdik. Müşahidəçilər təkcə siyasi dairələrə aid deyildi. Müstəqil şəxslər üstünlük təşkil edirdi. Komissiya üzvləri və müşahidəçilər öz vəzifələrini yaxşı bilirdilər. Bir neçə qeydlərimiz var. Məntəqələrin birində olduqca fəal insan gördük. Daha sonra məlum oldu ki, həmin şəxs namizəd imiş. Amma Litva və başqa Baltikyanı ölkələrdə bu təcrübə yoxdur. Azərbaycanın seçki məcəlləsində bu hal öz əksini tapıb. Bununla bağlı mübahisə etmirik. Yəqin ki, onun proseslə bağlı narazılığı vardı. Düşünürük ki, bu situasiyada obyektiv davranmaq mütləqdir. Ümumilikdə, demokratik seçki baş tutdu".

Dostluq Qrupunun digər üzvü Gintaras Vaçeqauskas isə Azərbaycan-Ermənistan münaqişəsi ilə yaxından tanış olduqlarını dilə gətirib: "Dostluq Qrupunun üzvləri olaraq Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu bilirik. Estoniya, Litva və Latviyanın parlamentlərindən ibarət Baltiya assambleyası var. Biz uzun müddət orada işləmişik. Buna görə bütün GUAM ölkələrinin ərazi problemləri olduğunu bilirik. Bu işğal faktı Azərbaycanın inkişafına böyük əngəldir. Azərbaycanın 20 faiz torpaqları işğal altdındadır. Ümid edirik ki, bu məsələlər ədalətli yolla həll olunacaq".

Xəbər lenti