Xəzər Xəbər

Müşahidələrimiz zamanı heç bir mənfi halla qarşılaşmadıq TÜRK PA qrupunun rəhbəri

Gündəm | 10:23 • 10 Fevral 2020
Müşahidələrimiz zamanı heç bir mənfi halla qarşılaşmadıq

Müşahidə qrupumuz Şamaxı və Qobustandakı seçki dairələrində müşahidələr aparıb və məntəqələrdə seçki prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlməyiblər.

XəzərXəbər xəbər verir ki, bunu TÜRK PA-nın müşahidə qrupunun rəhbəri İsmet Uçma deyib.

O qeyd edib ki, seçkidə obyektivlik, tərəfsizlik və qərəzsizlik müşayiət edilib: "Müşahidələr zamanı seçicilər və məntəqə işçiləri ilə qarşılıqlı müzakirələr, söhbətlər apardıq. Müşahidələrimiz zamanı heç bir mənfi halla qarşılaşmadıq. Mərkəzi Seçki Komissiyasının da işindən razı qaldıq. Bizi daha çox məmnun edən hal o oldu ki, MSK bütün qərarları kollegial qaydada qəbul edirdi".

Xəbər lenti