Xəzər Xəbər

Səhiyyə Nazirliyi koronovirusla bağlı məlumat yaydı

Gündəm | 09:51 • 10 Fevral 2020
Səhiyyə Nazirliyi koronovirusla bağlı məlumat yaydı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronavirus şübhəsi ilə nəzarətə götürülən şəxslər barədə məlumat yayıb.

XəzərXəbər nazirliyə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən Nazirliyə verilən məlumata görə, fevral ayının 10-u üçün yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var.

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir: "Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

Xəbər lenti