Xəzər Xəbər

MSK seçiciləri qanunsuz ələ almağa çalışan namizədlə bağlı araşdırma aparacaq

Gündəm | 18:34 • 23 Yanvar 2020
MSK seçiciləri qanunsuz ələ almağa çalışan namizədlə bağlı araşdırma aparacaq

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Zeynalov Tural Allahverdi oğlunun dairə ərazisində ədalətsizlik kimi qiymtləndirilən hərəkətləri qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı həmin dairədən olan digər namizədlərdən MSK-ya məlumat daxil olub: "Tural Zeynalovun qanunu pozması ilə bağlı, seçiciləri ələ almaq üçün onlara ərzaq paylaması kimi hallar qeydə alınıb. Sosial şəbəkələrdə də bununla bağlı məlumat var. Tural Zeyanolov özü də sosial şəbəkə profilində belə fotolar paylaşıb. Belə halların qarşısı alınmalı və namizədlər üçün bərabər şərait yaradılmalıdır”.

MSK-nın iclasında həmin namizədlə bağlı araşdırma aparılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Xəbər lenti