Xəzər Xəbər

Rövzət Qasımov: Müraciətlər obyektiv, dəqiq araşdırılır

Gündəm | 11:33 • 18 Yanvar 2020
Rövzət Qasımov: Müraciətlər obyektiv, dəqiq araşdırılır

Artıq Mərkəzi Seçki Komissiyası (MSK) özünün maarifləndirmə proqramına başlayıb. MSK müraciətlərin araşdırılmasına üstünlük verir.


Xezerxeber.az secki-2020.az saytına istinadla xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov deyib.


O bildirib ki, seçki ilə bağlı şikayətlərin araşdırılması üçün dairə seçki komissiyaları nəzdində ekspert qrupları fəaliyyət göstərir. DSK-lar ekspert qruplarının rəyini nəzərə alır.


"Seçki emosional prosesdir. Emosionallığı aradan qaldırmaq üçün vətəndaşlar şikayətlər ünvanlayırlar. Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır", - deyə MSK sədrinin müavini əlavə edib.


R.Qasımov qeyd edib ki, MSK düzgün qərarların verilməsi istiqamətində peşəkarlığın daha da artırılmasına çalışır. O vurğulayıb ki, deputatlığa namizədlər üçün təşviqat kampaniyasında bərabər şərait yaradılıb.

Xəbər lenti