Xəzər Xəbər

Əbu-Dabidə dəhşətli qəza baş verib, çoxlu sayda turist ölüb

Gündəm | 16:44 • 17 Yanvar 2020
Əbu-Dabidə dəhşətli qəza baş verib, çoxlu sayda turist ölüb

Əbu-Dabidə baş vermiş yol-nəqliyyat qəzası nəticəsində turistləri daşıyan minibusun bir yük maşını ilə toqquşması nəticəsində ən azı 6 nəfərin öldüyü, 19 turistin isə yaralandığı bildirilir. 


Xezerxeber.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtından Dubaya hərəkət edən və Al Raha sahil yolunda qəzaya uğrayan minibusda Nepal və Şri-Lanka vətəndaşları olublar. Ölənlərin 5 nəfəri qadınlardır. Minibusun sürücüsü isə Pakistan vətəndaşıdır.


Agentliyin xəbərində qeyd olunub ki, yaralılar dərhal xəstəxanaya çatdırılıb və onların bir neçəsinin vəziyyəti ağırdır. Əbu-Dabi yol polisinin məlumatında bildirilib ki, ağır yol-nəqliyyat qəzası sürücünün diqqətsizliyi səbəbindən baş verib.


Qəzanın yaxın günlərdə ən müasir xəbərdarlıq sistemi quraşdırılmış avtotrasda baş verməsi də qeyd olunub.

Xəbər lenti