Xəzər Xəbər

Nazirdən qərar – Artıq lisenziya tələb olunacaq

Gündəm | 17:12 • 10 Dekabr 2019
Nazirdən qərar

"Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”ndadəyişiklik edilib.

XəzərXəbər-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qərar imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası (sədri Sahil Babayevdir) qərara alıb ki, "Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əlavə edilsin.

Qərarla "Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın "Giriş”hissəsinin beşinci abzasında "xüsusi razılıq” sözləri "lisenziya” sözü ilə əvəz olunub.

Sənəddə təhsilə qoyulan tələblərdə "tamamlanmış təhsil” dedikdə magistratura, doktorantura, adyunktura və dissertanturada xüsusi elmi hazırlıq anlaşılır.

"Əlavə təhsil” dedikdə isə əlavə təhsil proqramları əsasında əlavə təhsil müəssisələrində (universitetlər, institutlar, mərkəzlər və s.), iхtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-iхtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə, peşə hazırlığı kurslarında, bu sahə üzrə fəaliyyətinəlisenziyaverilmiş digər müəssisələrdə kadrların intellektual, peşə və ixtisas hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi başa düşülür.

Nazirliyin Kollegiyasının2017-ci il 30 avqust tarixli 12 nömrəliqərarında isə lisenziya sözü yox idi.

Qərar dekabrın 6-dan qüvvəyə minib.

Xəbər lenti