Xəzər Xəbər

Nəsimi deyirdi ki, Həzrəti Məhəmməd tayfasındanam - Anar

Gündəm | 14:23 • 5 Dekabr 2019
Nəsimi deyirdi ki,

Nəsimi Azərbaycan ədəbiyyatında müstəsna bir sənətkardır. O, Qazi Bürhanəddin, Yunis Əmrə, "Kitabi-Dədə Qorqud”dan sonra Azərbaycan dilində ən möhtəşəm divan yaratmış bir sənətkardır.

XəzərXəbər xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən "Nəsimi-650: Haqqın carçısı” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı yazıçı Anar deyib. "Nəsimi amansız bir dövrdə yaşayırdı və bu zaman insanın böyüklüyünü, əvəzsizliyini təbliğ edirdi, insanın dünyanın əşrəfi olduğu fikrini irəli sürürdü. Sovet dövründə də Nəsimi unudulmadı. Ulu öndərin təşəbüsü ilə Nəsiminin 600 illiyi keçiriləndə Bakıda heykəli qoyuldu, kitabları nəşr olundu. Amma təbii ki, sovet dövründə onu daha çox ateist kimi təbliğ etmək istəyirdilər. Bu isə Nəsimin yaradıcılığı ilə o qədər də uyğun deyildi. Nəsimi deyirdi ki, mən haşimiyəm, qüreyşiyəm, seyidəm, Həzrəti Məhəmməd tayfasındanam. Ona görə də onu dinsiz elan etmək düzgün deyildi. Amma buna baxmayaraq, Nəsiminin yaradıcılığında insanın tərənnüm olunması onu dünyanın böyük humanist yazarları ilə bir sıraya çıxarır. Hörmətli Prezident İlham Əliyevin sərəcamı ilə qeyd olunan bu il təkcə "Nəsimi ili” deyil, həm də bir növ, ədəbiyyat ilidir", - Anar bildirib.

Xəbər lenti